İyun 17, 2025-21:01
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda “Black and Caspian Freight Forum 2024: dəhlizlər, yüklər, infrastruktur” konfrans-sərgisi keçiriləcək

2024:08:22 - 10:35
in İQTİSADİYYAT
A A

Bakıda 3-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2024: dəhlizlər, yüklər, infrastruktur” konfrans və sərgisi keçiriləcək.Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından (ABADA) AZƏRTAC-a bildirilib ki, sentyabrın 17-dən 19-dək keçiriləcək tədbir Qara və Xəzər dənizlərinin logistika bazarının ekspertləri üçün təşkil edilən platforma rolunu oynayır. Məqsəd regionda logistika şirkətlərini və yük sahiblərini Qara və Xəzər dənizi ölkələrinin ərazilərindən keçən nəqliyyat dəhlizlərindən fəal istifadə etməyə cəlb etməkdir.Bütün bu dinamika yeni xidmətlərin, marşrutların və infrastrukturun inkişafına təkan verir. Həmçinin tədbir beynəlxalq nəqliyyat sənədlərinin, dəhlizlərinin və marşrutlarının sadələşdirilməsi və rəqəmsallaşdırılması üzrə dövlətlərarası müqavilələrin bağlanmasını stimullaşdırır, vahid pəncərə mexanizminin yaradılmasını və təkmilləşdirilməsini sürətləndirir.Konfrans zamanı Avropa və Asiyadan olan bazar iştirakçıları ilə tendensiyaları və praktiki halları müzakirə etmək, habelə digər logistika mütəxəssisləri ilə yeni inkişaf yolları, yeni tərəfdaşlar və müştərilərlə ünsiyyət imkanı yaranacaq.Tədbirdə 22 ölkədən 100 şirkəti təmsil edən 180-dən çox nümayəndə, ümumilikdə isə 250-dən çox qonağın iştirakı gözlənilir. Forumda aşağıdakı əsas mövzular müzakirə ediləcək:

– Qara və Xəzər dənizləri regionunda beynəlxalq nəqliyyat dəhlizləri.

– Azərbaycan Asiya və Avropa arasında dəniz və quru nəqliyyat və logistika mərkəzi kimi.

– Transxəzər beynəlxalq nəqliyyat marşrutu (Orta Dəhliz): cari vəziyyət və inkişaf perspektivləri.

– Qazaxıstan və Gürcüstanın tranzit potensialı.

– Bakı-Tbilisi-Qars dəmir yolunun modernizasiyadan sonra istismarının ilk aylarının nəticələri və onun hərəkətin dinamikasına təsiri.

– Regional münaqişələrin beynəlxalq nəqliyyat marşrutlarında dəyişikliklərə təsiri.

– Liman ötürmə qabiliyyətinin artırılması və tutumların yeni yüklərə uyğunlaşdırılması. Daxili portun optimallaşdırılması.

– Taxıllar və yağlı bitkilər, gübrələr, mədənçıxarma və metallurgiya və toplu məhsullar: əsas təchizatçılar və marşrutlar, cari məsələlər və proqnozlar.

– Yük daşımalarının artım amili kimi yüklərin konteynerləşdirilməsi.

– Qara dənizdə gəmiçilik perspektivləri.

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası tədbirə informasiya dəstəyi göstərən şirkətlər arasında yer alır.

Əvvəlki Yazı

Nazirlik: Azərbaycanda bu günədək meymunçiçəyi ilə bağlı şübhəli hallar qeydə alınmayıb

Növbəti Yazı

BANM “TEKNOFEST”də Azərbaycanı ən çox komanda ilə təmsil edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.