Avqust 12, 2025-0:35
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda “dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçiriləcək

2025:07:18 - 17:00
in İQTİSADİYYAT
A A

Sentyabrın 9-11-də Bakıda 4-cü Beynəlxalq “Black and Caspian Freight Forum 2025″ adlı “dəhlizlər, yüklər, infrastruktur” mövzusunda konfrans və sərgi keçiriləcək.

“Report” xəbər verir ki, tədbir regional, eləcə də beynəlxalq logistika liderləri üçün əsas görüş nöqtəsinə çevriləcək, 25-dən çox ölkədən 250-yə qədər nümayəndəni bir araya gətirəcək.

Bu il ilk dəfə olaraq, tədbirdə iştirakın daha səmərəli və nəticəyönlü olmasını təmin etmək məqsədilə rəsmi proqramın bir hissəsi kimi əvvəlcədən planlaşdırılmış B2B uyğunlaşma görüşləri təqdim ediləcək.

Forumun əsas mövzuları regionda beynəlxalq nəqliyyat dəhlizlərinin mövcud durumu və onların gələcək inkişaf perspektivlərinə yönəlib. Qara və Xəzər dənizi regionunda nəqliyyat və logistika sahəsində əməkdaşlığın genişləndirilməsi, ölkələr arasında qarşılıqlı əlaqələrin gücləndirilməsi və tranzit potensialının artırılması ön plandadır.

Azərbaycan Asiya ilə Avropa arasında dəniz və quru nəqliyyatında mühüm bağlantı rolunu oynayaraq logistika mərkəzi kimi mövqeyini daha da gücləndirməyə çalışması müzakirə ediləcək. Qazaxıstan, Gürcüstan, Türkiyə və Türkmənistan kimi ölkələrin Şərq-Qərb yük axınlarının dəstəklənməsində oynadığı rol müzakirə mövzusu olacaq. Forum çərçivəsində regionun dəniz limanlarının gələcəyi də təhlil ediləcək. Bu limanlar arasında rəqabət və yaxud əməkdaşlıq əsasında inkişaf modeli, qarşılıqlı inteqrasiyanın imkanları və çağırışları, rəqəmsal texnologiyaların tətbiqi ilə xidmət səviyyəsinin artırılması məsələləri gündəmdə olacaq. Qara və Xəzər dənizlərində bərə xidmətlərin genişləndirilməsi, yeni marşrutların yaradılması və müasir donanmanın tətbiqi ilə bu sahədə regional daşımaların səmərəliliyinin artırılması da müzakirə olunacaq mövzulardandır.

Əvvəlki Yazı

Dövlət orqanlarında daxili müsahibələrin keçirilmə qrafiki müəyyən edilib

Növbəti Yazı

Prezident İlham Əliyev Xocalının Xanyurdu kəndində olub, kəndə köçən bir qrup sakinlə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.