Dekabrın 19-da “Hilton Garden Inn Baku” otelinin rəsmi açılış tədbiri keçirilib.
“Hilton Garden Inn Baku Tabia Group” portfelinə daxil olan yüksək səviyyəli beynəlxalq otel brendidir. Bu brendin “Tabia Group” daxilində ölkəmizdə fəaliyyətə başlaması Qrupun üstün səviyyəli qonaqpərvərlik təcrübəsini əlçatan etməyə sadiqliyinin sübutudur.
Sarabski küçəsi 657 ünvanında yerləşən “Hilton Garden Inn Baku” Heydər Əliyev adına Beynəlxalq Aeroportundan 24 kilometr məsafədədir.
Bundan əlavə, hotel Dədə Qorqud parkı, Heydər Əliyev Mərkəzi, Bakı Konqres Mərkəzi, Zoologiya parkı, “28 Mall” və “Gənclik Mall” kimi mühüm istirahət, əyləncə və biznes mərkəzlərinə yaxın məsafədə yerləşir.
12 mərtəbəli, 195 otaqlı hoteldə yüksək keyfiyyətdə xidmət göstərən restoran, bar və fitness mərkəzi mövcuddur. Burada müasir konfrans otaqlarına və çoxfunksiyalı tədbir məkanlarına da yer verilib.
“Biz rahatlıq və yüksək səviyyəli xidmət sintezini təklif edən “Hilton Garden Inn Baku”nu təqdim etməkdən qürur duyuruq”, – deyə “Hilton Garden Inn Baku”nun baş meneceri Erhan Gürsel bildirib. “Hotelimiz həm işgüzar mütəxəssislərə, həm də istirahət üçün səfər edən qonaqlara xidmət etməyi nəzərdə tutmuşdur. Bu gün şəhərimizin mühüm istirahət, mədəniyyət və biznes mərkəzləri yaxınlığında yerləşən hotelimizin qapılarını ilk qonaqlarına açmış olmaqdan dərin sevinc hissi duyuruq”, – deyə o əlavə edib.Azərtac