Teleqraf xəbər verir ki, sərginin açılışını Azərbaycanda səfərdə olan Litvanın Baş naziri İnqa Ruqinene edib.
Baş nazir öz çıxışında müharibədən zərər çəkmiş insanlara göstərilən humanitar dəstəyin və beynəlxalq həmrəyliyin müstəsna vacibliyini vurğulayıb.
Tədbirdə çıxış edən Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev müharibənin dörd ildən artıqdır davam etdiyini xatırladaraq, Azərbaycan və Litva dövlətlərinin ukraynalı qaçqınlara göstərdiyi dəstəyi yüksək qiymətləndirib:
“Azərbaycan və Litva müharibə dəhşətlərindən qaçan minlərlə ukraynalı üçün ikinci evə, etibarlı sığınacağa çevrilib. Bu sərgi təkcə müharibə haqqında deyil, həm də dözümlülük, ləyaqət və ümid haqqındadır. Bu fotolardakı gözlərə baxanda bu xalqın məğlubedilməzliyini aydın şəkildə anlayırsınız”.
Tədbir bədii hissə ilə yekunlaşıb.
