Ramiz İdrisoğlunun sözlərinə görə, park ərazisində böyük süni gölün də yaradılması nəzərdə tutulur.
O bildirib ki, həyata keçirilən dördüncü mərhələ parkın ən geniş əhatəli və konseptual baxımdan zəngin hissəsi hesab olunur.
“Nəqliyyat axınının optimallaşdırılması məqsədilə parkın ərazisində qapalı avtodayanacağın təşkili nəzərdə tutulur”, – Komitə rəsmisi vurğulayıb.