May 9, 2025-21:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda məşhur xalça dizayneri Yan Katın sərgisi açılıb

2023:10:04 - 13:16
in MƏDƏNİYYƏT
A A
Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində məşhur xalça dizayneri Yan Katın Heydər Əliyev Mərkəzində “Rug Art Out of Space” (Xalça sənəti kosmosdan kənarda) adlı sərgisi açılıb.

“Report” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, ekspozisiyada müəllifin “Spacecrafted” (Kosmosda hazırlanmış) kolleksiyası nümayiş olunur.

13 xalçadan ibarət kolleksiyada kosmos və müasir incəsənət vəhdət təşkil edir. Əsərlərdə qalaktikanın sirli gözəllikləri əks olunub. Əllə toxunmuş modern xalçalar səyahət eşqi və macəra ruhunu ifadə edir.

Kolleksiya Azərbaycanda ilk dəfə təqdim olunur.

Alman dizayner Yan Kat Şərq xalçasının klassik elementlərini müasir, minimalist dizaynla birləşdirir. Onun xalçalarının əksəriyyəti Nepalda əllə toxunur. Yan Kat orijinal dizaynları ilə bir sıra nüfuzlu mükafatlar qazanıb.

Xatırladaq ki, oktyabrın 2-də Azərbaycanda 74-cü Beynəlxalq Astronavtika Konqresi başlayıb. Bu nüfuzlu tədbirə Bakı ilk dəfə Ulu Öndər Heydər Əliyevin ölkəyə birinci rəhbərliyi dövründə – 1973-cü ildə ev sahibliyi edib. 50 ildən sonra konqres yenidən Azərbaycanda keçirilir. 136 ölkədən 5300-dən artıq nümayəndənin iştirak etdiyi beynəlxalq tədbir oktyabrın 6-dək davam edəcək.

Əvvəlki Yazı

Cəbrayılda su təchizatı ilə bağlı aparılan işlər açıqlanıb

Növbəti Yazı

Pərviz Şahbazov: “Bu il BTC ilə 609 min ton Qazaxıstan nefti nəql olunub”

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.