Sentyabr 3, 2025-3:05
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Bakıda “Mexanikada yeni trendlər” mövzusunda beynəlxalq elmi konfrans işə başlayıb

2025:09:02 - 16:12
in GÜNDƏM
A A

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin əsas təşkilatçılığı ilə sentyabrın 2-də ADPU-da “Mexanikada yeni trendlər” mövzusunda I beynəlxalq elmi konfrans işə başlayıb

AZƏRTAC xəbər verir ki, konfransda ABŞ, Almaniya, Avstriya, Azərbaycan, İtaliya və Türkiyə universitetlərindən və elmi-tədqiqat institutlarından tanınmış mütəxəssislər iştirak edirlər.

Açılış mərasimdə çıxış edən ADPU-nun rektoru Cəfər Cəfərov bildirib ki, hər iki ildən bir müxtəlif universitetlərdə təşkil olunan Türkiyənin ən uzunmüddətli elmi tədbiri olan və 24-cü dəfə keçirilən Milli Mexanika Konqresi bu il ilk dəfə olaraq beynəlxalq konfrans formatında Azərbaycanda – Pedaqoji Universitetdə keçirilir. Konfrans beynəlxalq miqyası ilə mexanika və mühəndislik sahəsində qlobal elmi əməkdaşlığa zəmin yaradacaq.

Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin rəhbəri professor Mehmet Omurtağ çıxışında mövzunun aktuallığını vurğulayıb.

ADPU-nun prorektoru Asəf Zamanov qeyd edib ki, beynəlxalq konfrans Nəzəri və Tətbiqi Mexanika Türk Milli Komitəsinin və ADPU-nun koordinasiyası ilə İstanbul Texniki Universiteti, İstanbul Ticarət Universiteti, Bakı Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Riyaziyyat və Mexanika İnstitutu və bir çox digər universitet və elmi-tədqiqat institutlarının töhfəsi ilə təşkil olunur.

Çoxsaylı paralel sessiyalarda müzakirələrin aparılacağı beynəlxalq konfransda struktur (konstruksiyalar) mexanikası, bərk cisim mexanikası, tətbiqi riyaziyyat, tətbiqi mexanika, maye mexanikası və materiallar mexanikası sahələrində 150-dək elmi məruzə dinləniləcək.

 

Əvvəlki Yazı

Azərbaycanın aparıcı sement istehsalçısının aktivləri azalıb

Növbəti Yazı

Mərkəzi Elmi Kitabxanaya yeni daxil olan ədəbiyyatların sərgisi keçirilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.