Avqust 12, 2025-3:38
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda “Minasız dünya” – vətəndaş cəmiyyəti təşəbbüsləri” mövzusunda tədbir keçirilib

2025:04:04 - 11:30
in SOSİAL
A A

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyində Beynəlxalq Mina Xəbərdarlığı və Minatəmizləmə Fəaliyyətinə Yardım Günü ilə bağlı “Minasız dünya” – vətəndaş cəmiyyəti təşəbbüsləri” adlı tədbir keçirilib.

“Report” xəbər verir ki, Agentliyin layihələrin idarə edilməsi departamentinin müdiri Elnur Bağırlı Azərbaycandakı mina probleminə diqqət çəkib:

“Agentliyin fəaliyyətində mina problemlərinin işıqlandırılması, Azərbaycanın mina problemlərinin dünya ictimaiyyətinə çatdırılması prioritet məsələlərdəndir”.

Açılış nitqindən sonra çıxışçılar Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin yardımı ilə mina təhlükəsinə dair silsilə hesabatları təqdim ediblər.

Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev Azərbaycanda mina terroru ilə mübarizə məsələlərindən danışıb. O bildirib ki, burada dövlət qurumları ilə yanaşı, vətəndaş cəmiyyəti də mühüm rola malikdir.

“Çıraq” Humanitar və İnkişaf İctimai Birliyinin sədri Nadir Cəfərov Azərbaycanda mina qurbanlarına dövlət qayğısından bəhs edib.

Onun sözlərinə görə, agentliklə birgə bu istiqamətdə bir çox layihələr həyata keçirilməkdədir:

“Mina problemi Azərbaycan üçün ən böyük problemlərdəndir. Ona görə də bu kimi layihələrə həm dəstək, həm də maarifləndirmə tədbirləri zəruridir”.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası” İctimai Birliyinin sədri Hafiz Səfixanov təşkilatın 27 şəhər və rayonda həyata keçirdiyi layihələrdən bəhs edib.

Onun sözlərinə görə, bu layihələrdə ümumilikdə 594 nəfər mina qurbanı iştirak edib:

“Bəzi bölgələrdə mina qurbanı olan şəxslər üçün arıçılıq və heyvandarlıq təsərrüfatı yaradılıb”.

Çıxışlar bitdikdən sonra tədbir ümumi müzakirələrlə davam etdirilib.

Əvvəlki Yazı

Ağdamda orta əsrdə yaşadığı ehtimal olunan insanın sümükləri aşkar edilib

Növbəti Yazı

Azərbaycanda bir sıra generallar üçün vəzifədə olmanın yaş senzi ləğv edilir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.