İyun 15, 2025-4:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakıda naxçıvanlı Əməkdar rəssam Ülviyyə Həmzəyevanın fərdi sərgisi açılıb

2025:01:23 - 11:45
in MƏDƏNİYYƏT
A A

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə Naxçıvan Rəssamlar Birliyinin sədri, deputat, Əməkdar rəssam Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafik əsərlərindən ibarət sərgi açılıb.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, Milli İncəsənət Muzeyində keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi Şirin Məlikova, Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin Ailə qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova, Xalq rəssamı Salhab Məmmədov, Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Elnarə Akimova rəssamın yaradıcılığı barədə söz açaraq, ona yeni uğurlar arzulayıblar.

Qeyd olunub ki, Azərbaycan müasir təsviri sənətinin tanınmış nümayəndələrindən olan Ülviyyə Həmzəyevanın dərin məna və məzmun yükü ilə seçilən yaradıcılığı minilliklərdən süzülüb gələn milli ənənələrimizin qaynaqlandığı mifoloji və folklor təfəkkürünü, Gəmiqaya, Qobustan petroqlifləri dünyasını, zəngin miniatür və əsrarəngiz xalçaçılıq sənətinin elementlərini özündə ehtiva edir. Əsərlərin qəhrəmanları real obrazlarla yanaşı, xalq fantaziyasından yaranmış rəngarəng aləmi təmsil edən varlıqlardır.

Sərgidə nümayiş etdirilən əsərlərin dərin fəlsəfi mahiyyəti mənəvi həyatımız, dünyaya göz açıb boya-başa çatdığı qədim və misilsiz tarixə malik olan Naxçıvanın ruhu ilə səsləşir.

“Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı sərginin ekspozisiyası rəssamın qrafika əsərlərini əhatə edir. Sərgidə rəssamın “Mən və mən”, Ruhun zirehi”, “Yatmış gözəl”, “İlk nurum”, “Zəfər”, “Ölümlə rəqs” və başqa 70-dən çox qrafika əsəri nümayiş olunur.

Əvvəlki Yazı

Tovuz Dəmiryolu Vağzalında işçini elektrik cərəyanı vurub

Növbəti Yazı

Cavid Abdullayev: “Azərbaycandan Avropaya hidrogen ixracı üzrə müxtəlif ssenarilər nəzərdən keçirilir” – MÜSAHİBƏ

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.