Avqust 21, 2025-21:42
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda növbəti “Kənddən Şəhərə” yarmarkası təşkil olunacaq

2025:08:14 - 10:03
in İQTİSADİYYAT
A A

Avqustun 16-ı və 17-də Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Aqrar Tədarük və Təchizat” ASC-nin təşkilatçılığı ilə paytaxtda növbəti “Kənddən Şəhərə” yarmarkası keçiriləcək. Ənənəvi olaraq təşkil olunan bu yarmarka həm yerli fermerlərin satış imkanlarının genişləndirilməsini, həm də şəhər sakinlərinin sağlam və təbii məhsullarla təmin olunmasını hədəfləyir.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə ölkənin müxtəlif bölgələrindən təxminən 20 rayondan 30-a yaxın fermer iştirak edəcək. Fermerlər 90-a yaxın çeşiddə kənd təsərrüfatı və qida məhsulunu şəhər sakinlərinə birbaşa təqdim edəcəklər.

Məhsulların təhlükəsizliyinə və keyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edəcək. Hər hansı sualı olan alıcılar isə ərazidə fəaliyyət göstərəcək Səyyar Qida Laboratoriyasına yaxınlaşaraq məhsulları yerindəcə analiz etdirə biləcəklər.

Yarmarka saat 09:00-dan 19:00-dək, iki gün ərzində Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi 5 ünvanında (“Gənclik” metro stansiyasının yaxınlığı) fəaliyyət göstərəcək.

Qeyd edək ki, iştirak edən fermerlərə piştaxtalar, tərəzilər və digər vacib avadanlıqlar ödənişsiz şəkildə təqdim olunur.

Əvvəlki Yazı

Naxçıvanda nöqsanlar aşkarlanan kafenin fəaliyyəti məhdudlaşdırılıb

Növbəti Yazı

Azərbaycan və Pakistan arasında siyasi məsləhətləşmələrin növbəti raundu gələn il keçirilə bilər

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.