İyun 15, 2025-9:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda qəza-xilasetmə texnikalarının fəaliyyətini məhdudlaşdıran süni maneələr sökülüb

2025:01:24 - 13:16
in SOSİAL
A A

Fövqəladə Hallar Nazirliyi (FHN) yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni maneə yaradan halların aradan qaldırılması istiqamətində tədbir həyata keçirib.

“Report” xəbər verir ki, Bakının Nərimanov rayonu İsmayıl Hidayətzadə küçəsində FHN əməkdaşlarının iştirakı ilə sözügedən maneələr sökülüb.

Yanğın hadisələri ilə mübarizə zamanı yanğından mühafizə bölmələrinin çevik və effektli fəaliyyət göstərməsi üçün bina və qurğulara sərbəst yanaşmanın, o cümlədən, xüsusi təyinatlı yanğın-xilasetmə texnikalarının çevik döyüş açılışı üçün müvafiq şəraitin yaradılması mühüm əhəmiyyət kəsb edir.

FHN Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən aparılan təhlillər zamanı binaların yaxınlığında müxtəlif ölçülü dirəklərin basdırılması, daş, beton parçaları və başqa vasitələrlə yolların hərəkət hissələrinin tutulması halları aşkar olunur ki, bunlar da yanğınsöndürən və digər qəza-xilasetmə texnikalarının sərbəst fəaliyyətinə süni mane yaratmaqla, əməliyyatların çevik və effektli aparılmasında çətinlik yarada bilər.

Qeyd olunan faktların aşkar edilib aradan qaldırılması məqsədilə FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti reydlər keçirib.

Bakının Nərimanov və Binəqədi rayonlarında keçirilən reydlər zamanı görülən tədbirlər nəticəsində həmin maneələr demontaj olunub, sakinlərlə maarifləndirici söhbətlər aparılıb.

Reydlər zamanı FHN-nin məsul əməkdaşları vətəndaşlara fərdi və ictimai təhlükəsizliyə xüsusi həssaslıqla yanaşaraq baş verə biləcək istənilən fövqəladə hadisə zamanı yanğın-xilasetmə bölmələrinin operativ və effektli fəaliyyətinə maneə yarada biləcək addımlardan çəkinməyi tövsiyə ediblər.

Xatırladıblar ki, ölkədə qüvvədə olan qanunvericiliyə əsasən, bina və qurğulara, yanğınların söndürülməsi üçün istifadə edilən su mənbələrinə sərbəst yanaşmaq üçün gedən yolların, keçidlərin və girişlərin tutulması qəti yolverilməz olmaqla, hüquqi məsuliyyət yaradır.

Əvvəlki Yazı

UNEC ilə Daşkənd Beynəlxalq Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Növbəti Yazı

Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.