İyun 15, 2025-22:51
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda sosial müdafiə sistemlərinin uyğunlaşdırılması mövzusunda beynəlxalq konfrans keçirilib

2025:05:29 - 17:44
in SOSİAL
A A

Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyası (BPSFA) və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun (DSMF) birgə təşkilatçılığı ilə Bakıda “Müasir dünyanın çağırışları kontekstində sosial müdafiə sistemlərinin uyğunlaşdırılması” mövzusunda beynəlxalq konfransın birinci günü başa çatıb.

“Report” xəbər verir ki, iki gün davam edəcək tədbirdə hökumət rəsmiləri, beynəlxalq təşkilatların, Serbiya, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Belarus və Tacikistandan sosial təminat qurumlarının nümayəndələri iştirak edib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev tədbirdə çıxış edərək bu konfransın sosial müdafiə sahəsində qlobal əməkdaşlığın, təcrübə mübadiləsinin genişləndirilməsində önəmini vurğulayıb.

DSMF-nin İdarə Heyətinin və BPSFA-nın sədri Zəka Mirzəyev çıxışında Assosiasiyanın fəaliyyəti çərçivəsində üzv təşkilatların fəal əməkdaşlığnın onlara sosial müdafiə sahəsində ən son tədqiqatlara, qabaqcıl beynəlxalq təcrübələrə və ən son metodlara çıxış əldə etməyə imkan verdiyini vurğulayıb.

Beynəlxalq Əmək Təşkilatı tərəfindən edilən videomüraciətdə bu konfransın ölkələrdə sosial təminat sahəsində aparılan islahatlarda əməkdaşlığın gücləndirilməsinə töhfə verəcəyi qeyd edilib.

Konfransda Azərbaycanda sosial müdafiə sahəsində aparılan islahatlara dair təqdimatlar edilib. Tədbirdə həmçinin Serbiyanın, Özbəkistanın, Qırğızıstan, Tacikistanın pensiya sistemləri, Qazaxıstanda sosial sığorta sistemi, Azərbaycanda əmək bazarının inkişafı perspektivləri və s. mövzularda təqdimatlar edilərək, müzakirələr aparılıb.

Qeyd edək ki, mayın 31-də konfrans iştirakçılarının Heydər Əliyev adına Bakı Beynəlxalq Hava Limanına transferi həyata keçiriləcək.

Əvvəlki Yazı

Bəylik sakini: Kəndimizdə dörd il əvvəl gördüyüm xarabalıqdan əsər-əlamət qalmayıb

Növbəti Yazı

Kinematoqrafiya istehsalı üçün çəkilmiş xərclər qismən geri ödəniləcək – SƏRƏNCAM

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.