Avqust 1, 2025-15:08
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə HADİSƏ

Bakıda tanınmış vəkilin qardaşını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayıb

2023:12:11 - 14:00
in HADİSƏ
A A

Bakıda tanınmış vəkilin qardaşını qətlə yetirməkdə təqsirləndirilən Rəsul Ağazadənin cinayət işi üzrə məhkəmə başlayıb.

“Report” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə məlum olub ki, prosesə yeni qoşulan təqsirləndirilən şəxsin vəkili cinayət işi ilə tanış deyil. Müdafiəçi işlə tanış olmaq üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə dekabrın 18-nə təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Rəsul Ağazadə şəxsi münasibətlər zəminində 1982-ci il təvəllüdlü Namik İsrafilovu yaşadığı mənzildə qətlə yetirib.

Qətli törətməkdə şübhəli bilinən, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunan 25 yaşlı Rəsul Ağazadə saxlanılıb.

Ona qarşı Cinayət Məcəlləsinin 120.2.11-ci (quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya banditizmlə əlaqədar adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Qətlə yetirilən Namik İsrafilov tanınmış vəkil, eyni zamanda 2020-ci ildə 56 saylı Xaçmaz Kənd Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Vasif İsrafilovun qardaşı imiş.

Əvvəlki Yazı

Çin Sincanla bağlı şirkətlərə qarşı sanksiyalara cavab olaraq tədbir görəcək

Növbəti Yazı

Prezident İlham Əliyevin Serbiyada interkonnektorun açılışında çıxışı Azərbaycanın bərpaolunan enerjiyə keçidinin anonsu idi – ŞƏRH

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.