Avqust 21, 2025-9:37
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakıda TDT-yə üzv ölkələrin Məhkəmə şuraları sədrlərinin 3-cü iclası keçirilib

2025:06:19 - 12:04
in SİYASƏT
A A

Bakıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin Məhkəmə şuraları sədrlərinin 3-cü iclası keçirilib.

APA xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan, eləcə də Şimali Kipr Türk Cümhuriyyətinin məhkəmə və bu sahədə tənzimləyici orqanlarının rəhbərləri iştirak edib.

Azərbaycan Məhkəmə-Hüquq Şurasının və Ali Məhkəməsinin sədri İnam Kərimov deyib ki, toplantının keçirilməsi təşəbbüsü ilk dəfə 2024-cü ilin may ayında İstanbul görüşündə irəli sürülüb və yüksək qiymətləndirilib: “Həmin təşəbbüs konkret hüquqi əməkdaşlığımızın institutlaşması istiqamətində önəmli bir addımdır”.

Türk Dövlətləri Təşkilatının baş katibi Kubançibek Ömüraliyev TDT-yə üzv ölkələrin hakimlərinin Ali Məhkəmə Şurasının yaradılması haqqında bəyannamənin 2023-cü ilin oktyabrında keçirilən Şuşa görüşündə imzalandığını xatırladıb: “Ötən il, həmçinin Ədliyyə Nazirlərinin ilk görüşünü Qazaxıstanda keçirdik. Ümid edirik ki, Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuralarının növbəti görüşünün 2026-cı ildə İstanbulda keçirilməsinə dair qərar qəbul olunacaq”.

“Bakıda keçirilən iclasda iştirakımız və imzalayacağımız bəyanamə insan və vətəndaş hüquqlarının qorunmasına və bərpasına xidmət etməli, töhfə verməlidir”.

Qırğız Respublikasının Hakimlər Şurasının sədri Aida Seidakmatova vurğulayıb ki, Bakıda keçirilən bu iclasda iştirak və bəyannamənin imzalanması insan və vətəndaş hüquqlarının qorunmasına, habelə bərpasına xidmət etməlidir.

Türkiyənin Hakimlər və Prokurorlar Şurasının sədri Füzuli Aydoğdu 2024-cü ilin mayında İstanbulda keçirilən iclasda ümumi bir şəbəkənin yaradılması qərara alındığını əsasnaməsinin hazırlandığını söyləyib: “Biz bu gün burada bir mətnə imza atmırıq, həm də qardaşlığımızı daha da möhkəmləndirməsi istiqamətində addım addım atırıq. Yaradılacaq şəbəkə bizim qurumlarımız arasında ortaq problemlərin həlli yollarının tapılması üçün mühüm platforma olacaq. 2021-ci ildə qəbul edilən “Türk Dünyası 2040″ sənədi digər parametrlərlə bərabər hüquq və ədalət sahəsində əməkdaşlığın genişləndirilməsini şərtləndirib. Məhkəmə sistemi hakimiyyətin təməl daşıdır və biz güclü və tərəfsiz məhkəmə sisteminin qurulmasına cavabdehlik daşıyırıq”.

Toplantının yekununda Türk Dövlətləri Təşkilatının Məhkəmə Şuraları Şəbəkəsinin Əsasnaməsi imzalanıb.

Əvvəlki Yazı

Azərbaycan İranda azərbaycanlılar yaşayan ərazilərə zərbə endirməməsi üçün yenidən İsrailə müraciət edib

Növbəti Yazı

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.