Avqust 7, 2025-7:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib

2025:07:18 - 17:33
in SİYASƏT
A A

Türkiyənin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin dəstəyi, Türkiyə Mətbuat Federasiyası, “Yeni Çağ” Media Qrupu və Azərbaycan Türkiyə Evinin təşkilatçılığı ilə iyulun 18-də Bakıda “Türkiyə-Azərbaycan Qardaşlıq Forumu” keçirilib.

AZƏRTAC xəbər verir ki, forumda əvvəlcə Azərbaycanın və Türkiyənin Dövlət himnləri səsləndirilib və Vətən uğrunda canını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Forumda açılış nitqi ilə çıxış edən Türkiyə Mətbuat Federasiyasının sədri Sinan Burhan Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən danışıb. Sinan Burhan bildirib ki, hər iki ölkənin ziyalılarını bir məkanda birləşdirən bu forum media əlaqələrini yeni müstəviyə yüksəldəcək: “Bu forum Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə inkişaf edən münasibətlərin media əlaqələrinə də hansı şəkildə təsir etdiyinin göstəricisidir. Bu gün biz burada hər iki ölkənin mediasının müasir vəziyyətinə nəzər salacaq, mətbuat orqanlarımız arasındakı əlaqələrin perspektivləri və çatışmazlıqları barədə fikir mübadiləsi aparacağıq. Ümid edirəm ki, forum sizin töhfələriniz ilə öz məqsədinə nail olacaq”.

Sonra çıxış edən “Yeni Çağ” Media Qrupunun rəhbəri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, Türk İnternet Media Birliyinin İdarə Heyətinin üzvü Aqil Ələsgər forumun keçirilmə tarixinə diqqət çəkib. O, qardaş ölkədə hərbi çevrilişə cəhdin növbəti ildönümünə təsadüf edən forumun əhəmiyyəti barədə danışıb: “Azərbaycan mətbuatında ilk dəqiqələrdən etibarən bu cəhd demokratiyaya qarşı zərbə kimi dəyərləndirilib, Türkiyə tarixində hərbi çevrilişlərin açdığı yaralara diqqət çəkilərək bunun arxasındakı səbəblər barədə mülahizələr izləyicilərlə paylaşılıb”.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, deputatlar Tənzilə Rüstəmxanlı və Səbinə Salmanova iki ölkə arasında əlaqələrin son illər daha da artığını və münasibətlərin ən yüksək inkişaf səviyyəsinə çatmasında prezidentlərin önəmli rol oynadığını bildiriblər. Çıxışçılar Azərbaycan-Türkiyə əlaqələrində nəzərəçarpacaq dərəcədə inkişaf qeydə alındığını vurğulayıblar.

Çıxışlardan sonra forum işini “15 İyul” və “Media və qardaşlıq” mövzusuna həsr olunmuş panel müzakirələri ilə davam etdirib.

Azərbaycanın və Türkiyənin media subyektlərinin nümayəndələri Türkiyədə hərbi çevrilişə cəhdin mediada əks olunması və Azərbaycan mətbuatının hadisəyə reaksiyası barədə fikir mübadiləsi aparıblar. Həmçinin iki ölkənin media subyektlərinin mövcud əməkdaşlıq məsələləri müzakirə edilib, bu əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı təkliflər səsləndirilib.

Daha sonra yekun müzakirə təşkil olunub, qeyd olunan məsələlər ətrafında təkliflər irəli sürülüb.

Əvvəlki Yazı

Polis Maştağada xüsusi əməliyyat keçirib, pomidor istixanasında 881 kiloqram narkotik vasitə aşkarlanıb

Növbəti Yazı

Ceyhun Bayramov Gürcüstana səfər edəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.