Avqust 2, 2025-8:08
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

Bakıda və Sumqayıtda sahilboyu əraziləri çirkləndirən 14 nəfər barəsində tədbir görüldü

Polis əməkdaşları tərəfindən digər müvafiq dövlət qurumları ilə birgə Xəzər dənizinin sahilboyu ərazilərində ekoloji sabitliyin təmin edilməsi məqsədilə profilaktik tədbirlər davam etdirilir.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.

Paytaxtın Xəzər, Qaradağ, Xətai rayonlarında və Sumqayıt şəhərində sahilboyu ərazilərdə aparılan növbəti tədbirlər zamanı məişət tullantılarının təyin olunmuş yerlərdən kənara atılması halları aşkar edilib.

Məişət tullantılarını tutumlardan (urnalardan) kənar yerlərə atdıqlarına görə ümumilikdə 14 nəfər barəsində polis əməkdaşları tərəfindən inzibati tədbirlər görülüb.

Xəzər rayonu ərazisində isə bir nəfər tərəfindən sahilboyu mühafizə zolağında qanunsuz tikinti işlərinin aparılması aşkar olunub və həmin şəxs barəsində inzibati tədbir görülüb.

Ekoloji təhlükəsizliyin təmin olunması istiqamətində profilaktik tədbirlər davam etdirilir.