May 10, 2025-3:00
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda “Xəzər İnşaat Həftəsi” sərgisi başlayır

2023:10:17 - 13:10
in SOSİAL
A A

Oktyabrın 17-də Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı “Rebuild Karabakh”, 28-ci Azərbaycan Beynəlxalq İnşaat “BakuBuild” və 15-ci Yubiley Beynəlxalq İstilik, Havalandırma, Kondisionerləşdirilmə, Su təchizatı, Santexnika və Üzgüçülük Hovuzu “Aquatherm Baku” sərgilərini birləşdirən “Xəzər İnşaat Həftəsi”nə həsr olunmuş mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən Qarabağ Dirçəliş Fondunun (QDF) rəsmisi Pərvin Bağırova fond tərəfindən həyata keçirilən layihələrdən söz açib. Bildirilib ki, 2024-cü ildə QDF-nin xətti ilə Qarabağa virtual səfər də təşkil ediləcək.

“Xəzər İnşaat Həftəsi”nin layihə rəhbəri Rəşad Qədimov oktyabrın 19-dan 21-dək keçiriləcək sərgilərin miqyasının bu il daha da genişləndiyini deyib. Onun sözlərinə görə, sərgidə 23 ölkədən 391 şirkət iştirak edəcək. Bu ötən illə müqayisədə 20 faiz artım deməkdir. Sərgidə Türkiyə şirkətləri çoxluq təşkil edəcək.

Qeyd olunub ki, sərginin əsas məqsədi Qarabağda baş verən müsbət dəyişikliklərə diqqəti artırmaqla yanaşı, Qarabağın bərpası proseslərinə təşkilatları və müəssisələri cəlb etməkdir. Sərgi iştirakçıları arasında həm Azərbaycan, həm də xarici şirkətlər təmsil olunacaq. Bununla da, Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etmək mümkün olacaq. “Rebuild Karabakh” sərgisi ekologiya, energetika, informasiya texnologiyaları, kənd təsərrüfatı, mədənçilik, nəqliyyat, qida sənayesi, sağlamlıq, enerjiyə qənaət sistemləri, ağıllı ev həlləri, təhlükəsizlik, təhsil, turizm və mədəni irs, eləcə də yol tikintisi və infrastrukturu bölmələri üzrə təşkil ediləcək.

Sərgilərdə Azərbaycan, Almaniya, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Çexiya, Çin, Fransa, Böyük Britaniya, Niderland, Finlandiya, İspaniya, İtaliya, Qazaxıstan, Macarıstan, Özbəkistan, Rusiya Federasiyası, Sloveniya, Türkiyə, İran İslam Respublikası, Hindistan və digər ölkələrdən olan şirkətlər yer alacaq. Sərgilərdə Almaniya, Macarıstan, Özbəkistan və Rusiya Federasiyası milli və regional stendlərlə təmsil olunacaq.

Əvvəlki Yazı

AQTA Xaçmazda pivə istehsalı müəssisəsini cərimələyib

Növbəti Yazı

“Polis haqqında” Qanuna təklif edilən dəyişiklikləri ikinci oxunuşda təsdiqləndi

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.