Sentyabr 13, 2025-5:22
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bakıda xarici ölkə vətəndaşlarına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslərdən 10 kiloqram narkotik götürülüb

2024:05:25 - 13:16
in SOSİAL
A A

Paytaxtın Nizami rayonunda xarici ölkə vətəndaşlarına narkokuryerlik etməkdə şübhəli bilinən şəxslərdən 10 kiloqram narkotik götürülüb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Nizami Rayon Polis İdarəsinin (RPİ) Narkotiklərlə Mübarizə Bölməsinin (NMB) əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat keçirib. Tədbir nəticəsində əvvəllər məhkum olunmuş 1995-ci il təvəllüdlü Azər Əliyevin üzərindən və idarə etdiyi avtomobildən 5 kiloqram marixuana, heroin, metamfetamin və 45 ədəd çətənə kolu aşkarlanıb.

Həyata keçirilən digər əməliyyat zamanı paytaxt sakini 1985-ci il təvəllüdlü Valeh Həsənov da narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilindiyi üçün saxlanılıb. Həmin şəxsdən satmaq niyyəti ilə əldə etdiyi 5 kiloqram marixuana aşkar olunub.

A.Əliyev və V.Həsənov şəxsiyyəti istintaqla araşdırılan və sosial şəbəkələrdə tanış olduqları əcnəbi ölkə vətəndaşları tərəfindən narkokuryerliyə cəlb olunduqlarını bildiriblər. Onlar narkotikləri maddi qazanc müqabilində deyiləcək ünvanlara yerləşdirməli imişlər.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Əvvəlki Yazı

Ölkəyə idxal olunan bəzi bioloji aktiv qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Növbəti Yazı

Azərbaycan Prezidenti İtaliya səfirinin etimadnaməsini qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.