İyun 16, 2025-22:43
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Bakıda yerli şirkətlərin 6-cı tanıtım sərgisi keçiriləcək

2025:05:22 - 10:02
in İQTİSADİYYAT
A A

İyunun 18-21-də Bakı Ekspo Mərkəzində 6-cı dəfə “Yerli şirkətlərin tanıtım sərgisi” keçiriləcək.

“Report” İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadən xəbər verir ki, sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, kənd təsərrüfatı, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 300-ə yaxın yerli şirkət öz məhsul və xidmətlərini nümayiş edəcək.

Bu, sərginin keçirildiyi illər ərzində ən çox sayda yerli şirkətin bir araya gəldiyi tədbir olacaq.

Sərginin məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir. Ziyarətçilər sərgidə müxtəlif sektorlarda fəaliyyət göstərən şirkətlərin yeni məhsul və xidmətləri ilə ilk dəfə tanış ola biləcəklər. Nüfuzlu şirkətlərin təchizat zəncirində iştirak imkanlarının genişləndirilməsi və yeni əməkdaşlıqların qurulması üçün bu il sərgi çərçivəsində mikro və kiçik sahibkarların iri şirkətlərin rəhbərləri ilə görüşləri təşkil olunacaq.

Builki sərginin tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi, Dövlət Reklam Agentliyi və “İş Adamları Cəmiyyətinin Milli Assosiasiyası” (İCMA) İctimai Birliyidir.

Əvvəlki Yazı

“Report”un Avropada yeni bürosu açılıb

Növbəti Yazı

Rusiya vətəndaşı Bakıya gələrkən təyyarədə ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.