İyun 26, 2025-4:59
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Bakının bir hissəsi və 3 rayonda qaz olmayacaq

2024:06:25 - 9:59
in GÜNDƏM
A A

Bu gün Bakının Xəzər, Qaradağ, bundan başqa Abşeron, Ağsu və Göyçay rayonlarında qaz təchizatı dayandırılacaq. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.Bildirilib ki, Xəzər, Qaradağ, Abşeron və Göyçay rayonlarındakı qaz xətlərində görüləcək təmir-quraşdırma işləri ilə əlaqədar iyunun 25-də saat 09:00-dan qaz təchizatının dayandırılması nəzərdə tutulub.Təmir işləri aparılan müddətdə Xəzər rayonunun (Mərdəkan bağlar, Stansiya Qala və Mərdakan yeni yaşayış massivlərinin), Qaradağ rayonunun (Lökbatan qəsəbəsi), Abşeron rayonunun (Qobu qəsəbəsi) bir hissəsinin, eləcə də Göyçay şəhəri daxil olmaqla rayonun 25 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.Bundan başqa, “Qaz İxrac” İdarəsinə məxsus “Masazır” yüksək təzyiqli tənzimləmə məntəqəsində baypas xəttində 2 ədəd siyirtmənin quraşdırılması və 1 ədəd siyirtmənin dəyişdirilməsi, “Qazıməmməd-Qazax” yüksək təzyiqli magistral qaz kəmərindən “Kəndoba” qaz paylayıcı stansiyaya çəkilmiş yüksək təzyiqli qol qaz xəttinin qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı bu gün saat 09:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılma-  sı planlaşdırılır.Təmir müddətində Abşeron rayonunun (Masazır qəsəbəsi və Yeni yaşayış massivi və qeyri-yaşayış sahələri), həmçinin Ağsu rayonunun (rayonun 10 kəndi və qeyri-yaşayış sahələri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Əvvəlki Yazı

Mossad-ın keçmiş rəhbəri hesab edir ki, İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi istefaya getməlidir.

Növbəti Yazı

Qazaxda yabanı halda bitən üç ton çətənə bitkisi məhv edilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.