Avqust 20, 2025-9:44
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə MƏDƏNİYYƏT

Bakının “yaşıl ürəyi” – Mərkəzi Nəbatat bağı 

2025:06:19 - 14:12
in MƏDƏNİYYƏT
A A

AZƏRTAC-ın “Mən turist olsaydım” rubrikasının növbəti ünvanı – Mərkəzi Nəbatat bağıdır.

Paytaxtda yerli və xarici turistlərin diqqətini cəlb edən məkanlardan biri də Bakının “yaşıl ürəyi” adlandırılan Mərkəzi Nəbatat bağıdır. Bu məkan zəngin bitki kolleksiyası ilə həm tədqiqatçıların, həm də təbiət həvəskarlarının sevimli məkanıdır.

Botanika bağı kimi tanınan Mərkəzi Nəbatat bağının əsası 1936-cı ildə qoyulub. Genişmiqyaslı bərpa-quruculuq işlərindən sonra bağ 2024-cü ilin payızında yenidən qapılarını ziyarətçilərin üzünə açıb. Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Mərkəzi Nəbatat bağının açılışında iştirak ediblər.

Bərpa-quruculuq işlərindən sonra bağda həyat yenidən canlanıb və bərpa işləri nəticəsində bağın ərazisi 39 hektardan 45 hektara çatdırılıb. Bağın ərazisində bitkilərin yetişdirilməsi məqsədilə 3 bloklu istixana, göl kompleksi və baxış meydançası inşa edilib.

Burada dünyanın müxtəlif nadir bitki növləri üçün inşa edilən müasir tipli oranjereya diqqəti cəlb edir. Piyadalar üçün körpü və yaşıllıqlarla dolu geniş xiyabanlar salınıb, müvafiq avadanlıqlarla təchiz olunmuş istirahət zonalarındakı ağacların kölgəsində və rahat mühitdə dincəlmək insana mənəvi rahatlıq bəxş edir, uşaqlı ailələr üçün ayrıca oyun meydançaları nəzərdə tutulub.

Müasir işıqlandırma və suvarma sistemləri ilə təchiz olunan aypara formalı qədim inzibati binanın yenilənməsi bağın həm müasir, həm də tarixi dəyərini qoruyub saxlayır. Bu məkan Azərbaycan florasına dair elmi tədqiqatların aparılması üçün vacib obyekt olmaqla yanaşı, həm də harmoniya və rahatlıq tapmaq istəyən şəhər sakinləri və qonaqlar üçün sevimli məkana çevrilib.

Əvvəlki Yazı

Binəqədidə narkokuryerlik edən tiktoker saxlanılıb

Növbəti Yazı

İsrail əməliyyatın məqsədlərindən biri kimi “Xamneyinin varlığının qarşısının alınmasını” adlandırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.