Sentyabr 12, 2025-2:52
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Baku ID” innovasiya festivalı keçirili

2024:06:27 - 10:55
in İQTİSADİYYAT
A A

Bakıda SABAH.HUB İnnovasiya Mərkəzinin dəstəyi ilə yaradılan Azərbaycanın və regionun əsas startap innovasiya tədbiri olan “Baku ID” innovasiya festivalı keçirilir.APA xəbər verir ki, festivalda elm və təhsil naziri Emin Əmrullayev, iqtisadiyyat naziri Mikayıl Cabbarov və digər rəsmilər iştirak edirlər.Tədbirdə 200-dən artıq yerli və xarici investor, 100-dən artıq xarici və yerli startap, 5000 iştirakçı və 50-dən artıq tərəfdaş yer alıb.Tədbir çərçivəsində Süni İntellekt üzrə panel sessiyası təşkil olunacaq. Bundan başqa, qurumun icraçı direktoru Fariz Cəfərov “Emissiyanın sıfıra enməsində startapların artan rolu” panelində spiker qismində çıxış edəcək.Festival çərçivəsində 4SİM stendində mərkəzin fəaliyyəti ilə tanış olmaq, həmçinin “4Sİ Akademiyası” çərçivəsində Coursera platformasında təklif olunan kurslardan ödənişsiz yararlanmaq üçün kuponlar qazanmaq mümkün olacaq.“Baku ID” çərçivəsində SABAH Hub və 4SİM arasında ölkədə rəqəmsal iqtisadiyyatın inkişafı çərçivəsində yerli startap ekosisteminin inkişafına dəstək göstərilməsi və bu sahədə əməkdaşlıqla bağlı ikitərəfli Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.Festivalın startap müsabiqəsində iştirak edən startaplar 1 milyon ABŞ dolları dəyəri olan investisiya fondundan yararlana bilərlər.İştirakçıları həmçinin qlobal texnologiya şirkətlərindən olan spikerlərin çıxışları, müxtəlif panel sessiyaları, region strataplarının təqdimat çıxışları, netvorkinq və digər maraqlı fəaliyyətlər gözləyir.Qeyd edək ki, “Baku ID”nin baş sponsorları Elm və Təhsil Nazirliyi, SOCAR, PAŞA Holding, ABB və Mappable, tərəfdaşlar isə 4SİM və IDDA-dır.

Əvvəlki Yazı

Prezident İlham Əliyev Asiya İnkişaf Bankının prezidentini qəbul edib

Növbəti Yazı

Konstitusiya Məhkəməsi Milli Məclisin buraxılmasının Konstitusiyaya uyğunluğu barədə Prezidentin sorğusuna baxır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.