Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin (BSC) Korporativ Sosial Məsuliyyət (KSM) layihələrinin əsas istiqamətlərindəndir.
Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət bu dəfə öz əməkdaşları üçün ekoloji maarifləndirmə seminarı təşkil edib.
Seminarı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri BSC-nin Konfrans zalında keçilib.
Ətraf mühitin, yaşıllıqların, atmosfer havasının mühafizəsi, ekoloji təhlükəsizlik, ölkəmizin eko-vəziyyəti, eləcə də təbii ehtiyatlardan səmərəli istifadə haqqında məlumatlar seminar iştirakçılarının marağına səbəb olub və fəal müzakirələrlə yadda qalıb.
BSC bu il ərzində davamlı olaraq ekoloji layihələrə imza atıb. Belə ki, “Nargis” Nəşriyyat Evi ilə birlikdə həyata keçirilən “Go Green” sosial məsuliyyət layihəsi çərçivəsində Dəniz Vağzalında oktyabrın 13-dən davam edən eko-sərgi ötən gün yekunlaşıb. Sərgi ətraf mühitin mühafizəsinə həsr olunub və incəsənət əsəri vasitəsi ilə müasir ekoloji problemləri ictimaiyyətə çatdırmaq məqsədini daşıyıb.Report