Kanal ölkədə və dünyada baş verən önəmli, aktual və maraqlı xəbərləri 5 dildə – Azərbaycan, rus, ingilis, fransız və erməni dillərində cəmiyyətə çatdırır. Televiziya kanalının Azərbaycanın bütün regionları ilə yanaş, ABŞ, Rusiya, Türkiyə, Gürcüstan və Ukraynada xüsusi müxbir məntəqələri fəaliyyət göstərir.Qısa müddətdə peşəkar komanda işi ilə geniş izləyici auditoriyası qazanan Baku TV rekord göstəriciləri və əldə etdiyi uğurlarla da möhtəşəm nəticələrə imza atıb. Belə ki, kanal 2024-cü ilin 12 ayı ərzində “YouTube” platforması üzrə 10 Azərbaycan telekanalını geridə qoyaraq baxış sayı reytinqində birinciliyini qoruyub. Hazırda Baku TV-nin Azərbaycan və rusdilli “YouTube” səhifələrinin 1 milyondan çox abunəçisi var və bu rəqəm günü-gündən artmaqdadır. Bundan əlavə, kanalın digər sosial media platformalarında – “Telegram”, “Instagram” və “Facebook” səhifələrində də geniş sayda izləyicisi var.Baku TV beynəlxalq müsabiqələrdə qalib olmaqla öz uğurunu davam etdirib. Belə ki, 2024-cü ildə kanalın istehsal etdiyi “Söz” qısametrajlı sənədli filmi Los-Ancelesdə keçirilən “Accolade Global Film Competition”nin qalibi olub. 2023-cü ilin 18-22 dekabr tarixində Baku TV 3 ISO beynəlxalq sertifikatını alıb. Kanal 2021-ci ildə NETTY tərəfindən “İlin internet və “YouTube” xəbər kanalı” adına layiq görülüb.Baku TV öz peşəkar komandası ilə 44 günlük Vətən müharibəsi dövründə operativliyi, qaynar nöqtələrdən reportajları və hər saatbaşı canlı yayımları ilə izləyicilərinə dəqiq və dolğun məlumat çatdırıb. Kanal İkinci Qarabağ müharibəsi zamanı informasiya savaşının ilk sıralarında yer alıb və ermənilər və havadarlarının dezinformasiyalar yaydığını öz efirindən bütün dünyaya sübut edib.Baku TV COP29 – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası ilə bağlı iki həftə ərzində müxtəlif dillərdə xüsusi reportajlar hazırlayıb, xarici nümayəndə heyətlərindən, dövlət və hökumət başçılarından müsahibələr alıb, süjetlər, canlı bağlantılar və s. yayımlayıb.Qlobal miqyasda etibarlı və nüfuzlu xəbər platformasına çevrilməyi hədəfləyən Baku TV müasir dövrün çağırışlarına cavab verməklə, yeni texnologiyalardan və innovativ yanaşmalardan istifadə etməklə öz inkişaf yolunu davam etdirir. Kanal bundan sonra da tamaşaçılarını operativ və obyektiv məlumatlarla təmin etmək və maarifləndirmək missiyasını ardıcıl şəkildə yerinə yetirəcək.