İyun 21, 2025-8:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Balakəndə kənd yolu dağılıb, sakinlər şikayətçidir

2024:03:27 - 13:23
in SOSİAL
A A

Balakən rayonunun Qazbinə kəndinin yolu uzun illər təmir olunmadığından yararsız vəziyyətə düşüb və sakinlər üçün ciddi problemə çevrilib.

Bu barədə “Report”un Şimal-qərb bürosuna yerli sakinlər məlumat veriblər.

Onların sözlərinə görə, Yevlax-Zaqatala-Gürcüstan sərhədi magistralından Qazbinə kəndinə qədər olan 3 kilometrlik yol tamamilə dağılıb.

“Kənddə 1500 nəfərə yaxın sakin yaşayır. Sakinlər bu vaxta qədər bir dəfə də olsun yola asfalt örtüyünün çəkilmədiyini bildiriblər. Daşlı-kəsəkli olan yolda yaranan çalalar avtomobillərin hərəkətinə maneə yaradır. Yağış yağdıqda piyadalar palçıqlı yolda çətinliklə hərəkət edirlər. Qış aylarında isə kəndə gəliş-gediş mümkünsüz olur”, – deyə sakinlər qeyd ediblər.

Qazbinə, Şambulbinə, Qaracabinə və Salban kəndlərinin daxil olduğu Mahamalar kənd bələdiyyəsinin sədri Kamal Beknalov “Report”un yerli bürosuna bildirib ki, kəndin ümumi daxili yollarının uzunluğu 8 kilometrdir: “Hər il kəndin 3 kilometrlik mərkəzi yoluna və daxili yollarına daş-çınqıl tökülür və texnika vasitəsi ilə hamarlanır. Lakin yağan yağışlar nəticəsində çınqıl qatı yuyulur. Bununla belə, bu il Qazbinə kəndi yolunun asfaltlanması layihəsinin icrası nəzərdə tutulub”.

Əvvəlki Yazı

Etirazçılar Pentaqonun rəhbərinin evinin yaxınlığında peyin səpiblər

Növbəti Yazı

Media: ABŞ Ordusu Milli Qvardiyanın SS emblemi olan şəklini araşdırır

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.