İyun 14, 2025-11:06
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Bank kartı məlumatlarının paylaşılması nəticəsində vətəndaşlar zərər çəkiblər – DİN xəbərdarlıq edir

2025:06:01 - 11:40
in SOSİAL
A A

Daxili İşlər Nazirliyi vətəndaşları bank kartı məlumatlarının təhlükəsizliyinə diqqətlə yanaşmağa çağırır. Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb.

Vətəndaşların bank kartlarının üzərindəki CVV/CVC və SMS vasitəsilə göndərilən OTP (birdəfəlik şifrə) kodlarını naməlum şəxslərlə paylaşması nəticəsində onların hesablarından 725, 550, 450, 447, 300, 204, 73, 72, 60, 50 manat və 49 ABŞ dolları məbləğində vəsait oğurlanıb.

Qeyd olunan məxfi məlumatlar üçüncü şəxslərə verildiyi halda yalnız bank hesabında olan vəsait deyil, həm də kredit limitləri vasitəsilə vətəndaşa maddi ziyan vurulur.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək xəbərdarlıq edir:
Bank və ya digər qurum adı ilə edilən naməlum zənglərə, mesajlara, linklərə inanılmamalıdır.
“Hesabınız dondurulub, müdaxilə var”, “Viza üçün ödənişlər”, “Qazandınız”, “Sığorta aktivləşdirilir”, “Sərfəli kredit” və bu kimi cəlbedici təkliflər kiberfırıldaqçılıq məqsədi daşıya bilər.
Heç bir halda kartın arxa hissəsindəki CVV/CVC kodları və OTP şifrəsi paylaşılmamalıdır.

Şübhəli hallarla rastlaşdıqda vətəndaşlar “102” Xidməti Zəng Mərkəzinə və ya ərazi polis orqanlarına müraciət etməlidirlər.

Daxili İşlər Nazirliyi tərəfindən kibercinayətkarlığa qarşı mübarizə tədbirləri davam etdirilir.

Əvvəlki Yazı

Ərdoğan Ukrayna üzrə danışıqların ikinci raundunun uğurlu olacağına ümid etdiyini bildirib

Növbəti Yazı

Sabah Bakıda hava buludlu olacaq, bir sıra rayonlarda yağış yağacaq, dolu düşəcək

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.