Sentyabr 6, 2025-23:22
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca

“Bank of New York Mellon”la maliyyə bazarlarının inkişaf perspektivləri müzakirə edildi

Azərbaycanda Bank of New York Mellonla (BNY) maliyyə bazalarının və ödəniş sistemlərinin inkişaf perspektivləri, kapital bazarlarının cari meyilləri, süni intellektin tətbiqinin genişləndirilməsi, həmçinin kibertəhlükəsizlik tədbirlərinin gücləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər ətrafında fikir mübadiləsi aparılıb.

Teleqraf xəbər verir ki, Mərkəzi Bankın sədri Taleh Kazımov Azərbaycanda səfərdə olan Bank of New York Mellonun (BNY) baş icraçı vitse-prezidenti Hani Kablavinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə həmçinin “2024-2026-cı illərdə maliyyə sektorunun inkişaf Strategiyası” çərçivəsində prioritet sahələr və bu istiqamətdə gələcək əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.