İyun 28, 2025-5:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

BANM-də 18 ölkənin gənc liderlərinin iştirakı ilə panel müzakirələri aparılıb

2024:09:13 - 14:41
in SOSİAL
A A

Bakıda keçiriləcək COP29-a beynəlxalq ictimai dəstək üçün “Gənc liderlər vasitəsilə ətraf mühit siyasətinin dəstəklənməsi” adlı Beynəlxalq Gənclər Forumunun panel müzakirələri SOCAR-ın Bakı Ali Neft Məktəbində (BANM) keçirilib.

Bu barədə AZƏRTAC-a BANM-dən məlumat verilib. Qeyd olunub ki, 18 ölkədən gələn gənclərin iştirakı ilə keçirilən müzakirələrdən öncə rektor Elmar Qasımov rəhbərlik etdiyi ali məktəbin hər zaman ekoloji məsələlərə xüsusi önəm verdiyini vurğulayıb. Bildirilib ki, BANM-in kampusunun ərazisi tamamilə yaşıllaşdırılıb və burada müasir ekoloji standartlara uyğun yaşayış mühiti yaradılıb. Rektor vurğulayıb ki, qəbul imtahanlarında ən yüksək nəticə göstərən abituriyentlər BANM-i seçirlər. Bu il də BANM qəbul nəticələrinə görə yenidən ölkə birincisidir. Elmar Qasımov əlavə edib ki, Azərbaycan neft ixrac edən ölkədir. Ancaq yaşıl enerjiyə keçid də ölkəmiz üçün prioritet məsələlərdəndir. Bu istiqamətdə çox böyük işlər aparılır.

“Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin sədri Asif Əsgərli panel müzakirələrinə ev sahibliyi etdiyinə görə Bakı Ali Neft Məktəbinin rəhbərliyinə minnətdarlığını bildirib.

Daha sonra qlobal ətraf mühit, iqlim dəyişikliyi problemləri və onunla mübarizə, ekokönüllülüyün genişləndirilməsi, yaşıl dünyanın təşviqi və yaşıl iştirakçılıq sahəsində əməkdaşlıq, mübadilə və şəbəkələşmə imkanları, COP29-a beynəlxalq ictimai dəstək, Azərbaycanın yaşıl dünya naminə qlobal fəaliyyətlərinin yayılması mövzularında panel müzakirələri davam etdirilib.

Forum Gənclər Fondunun maliyyə dəstəyi, “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.

Əvvəlki Yazı

Media: Fırtına kölgəsi Rusiya Federasiyasının dərinliklərində Ukraynaya qalib gəlməyə kömək etməyəcək

Növbəti Yazı

Le Monde: Aİ ölkələri miqrantları üçüncü ölkələrə göndərmək istəyir

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.