SOCAR-ın Bakı Ali Neft Məktəbinin (BANM) tələbəsi ABŞ-da “SEG/Chevron Student Leadership Symposium” qrantını qazanıb.BANM-dən AZƏRTAC-a bildirilib ki, neft-qaz mühəndisliyi ixtisasının IV kurs tələbəsi, Kəşfiyyatçı Geofiziklər Cəmiyyətinin (SEG) üzvü Müseyib Tağıyev beynəlxalq tədbirdə ölkəmizi təmsil edəcək.Avqustun 24-30-da Texasda keçiriləcək simpoziumda dünyanın müxtəlif ölkələrindən 40-dan çox tələbənin iştirakı gözlənilir.