Banqladeşin yeni hakimiyyəti bütün dövlətlərlə yaxşı münasibətlər saxlamaq əzmindədir. Bu barədə respublikanın müvəqqəti hökumətinin Xarici İşlər Nazirliyinin rəhbəri Tuhid Hüseyn jurnalistlərə verdiyi brifinqdə bildirib.
“Biz hamı ilə yaxşı münasibət saxlamaq istəyirik. Böyük dövlətlərlə münasibətlərdə tarazlığı qorumalıyıq”, – o deyib.
O, bildirib ki, indi müvəqqəti hökumətin prioriteti asayişin bərpasıdır, və digər məsələlər də yalnız bu məqsədə nail olduqdan sonra gündəmə gətirilməlidir. (Tass)