Banqladeşdə ümumi parlament seçkilərində səsvermə başa çatıb. Seçki məntəqələri səkkiz saat işləyib: yerli vaxtla səhər saat 08:00-dan 16:00-a qədər (Bakı vaxtı ilə 06:00-dan 14:00-a qədər), lakin bəzi regionlarda növbələr səbəbindən iş uzadılmalı olub.
300 seçki dairəsindən 299-da seçkilər keçirilib. Dairələrin birində namizədin ölümü ilə əlaqədar daha sonra keçiriləcək. 42 min seçki məntəqəsində 120 milyona yaxın vətəndaş səs verə bilib. Seçki Komissiyasının ilkin məlumatına görə, səsvermənin bitməsinə bir saat qalmış seçici fəallığı 27,15% təşkil edib. Seçkilərin nəticələrinin bazar ertəsi açıqlanacağı gözlənilir. (Tass)