İyun 15, 2025-22:39
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə GÜNDƏM

Baş Dövlət Yol Polisi İdarəsinin sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərə müraciəti

2025:04:16 - 16:00
in GÜNDƏM, MANŞET
A A

Son günlər ölkənin bir çox bölgələrində havanın kəskin şəkildə dəyişməsi nəticəsində yağışların intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən yollarda hərəkət etmək olduqca çətinləşib. Bu çətin şəraitdə yol hərəkətində təhlükəsizlik məsələləri xüsusilə önəm kəsb edir.

Sürücülərdən, xüsusilə sərnişin daşıma fəaliyyəti ilə məşğul olan şəxslərdən xahiş olunur ki, yağışın intensiv olduğu ərazilərdə, xüsusən palçıqla örtülmüş və sürüşkən olan yollarda hərəkət etməzdən əvvəl yol şəraitini diqqətlə qiymətləndirsinlər. Palçıq və yağıntıların yaratdığı şəraitdə sürət həddini aşmamaq və ehtiyatla hərəkət etmək çox vacibdir. Bu cür vəziyyətlərdə nəqliyyat vasitələrinin idarə edilməsi çətinləşir və qəza riski artır.

Əlverişsiz hava şəraitində sürücülük təcrübəsi zəif olan şəxslərin yola çıxmamaları tövsiyə edilir.

Yolda hər hansı bir çətinliklə qarşılaşıldıqda sürücülər dərhal yaxınlıqda olan yol patrul xidmətinin əməkdaşlarına müraciət etməlidirlər.

Baş Dövlət Yol Polisi İdarəsi bir daha xatırladır ki, hər bir sürücü hərəkət etməzdən əvvəl hava şəraitini və yol vəziyyətini dəqiqləşdirməli, yalnız təhlükəsiz şəraitdə yola çıxmalıdır. Hava şəraiti və yol vəziyyətindən asılı olaraq, sürücülər diqqətli və məsuliyyətli olmalı, yol hərəkəti qaydalarına ciddi əməl etməlidirlər. Bu, həm sürücünün, həm də sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi üçün zəruri bir addımdır.

Əvvəlki Yazı

“Elektrik enerjisi və su təchizatı sahələrində idarəetmənin təkmilləşdirilməsi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 23 noyabr tarixli 235 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Növbəti Yazı

Milli Məclisin sədri Sahibə Qafarova Sloveniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.