AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi vəzifəsini icra edən Kənan Qurbanov qurumun 2023-cü ilin yekun hesabatına həsr edilmiş tədbirdə bildirib.
O bildirib ki, daşıyıcıların beynəlxalq daşımalara buraxılması üçün ABADA-da məsul şəxslərin təlim-tədrisi üzrə hazırlıq kursları keçirilir: “Kursu bitirənlər müvafiq olaraq şəhadətnamə ilə təmin edilirlər. Eləcə də, sürücülərə təhlükəli yüklərin daşınması üzrə təlim keçirilir, sürücülərə təhlükələri yüklərin daşınmasına şəhadətnamələr verilir”.