İyun 21, 2025-5:54
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Baş prokuror Litva Xüsusi İstintaq Xidmətinin rəisinin birinci müavini ilə görüşüb

2023:11:13 - 18:00
in SİYASƏT
A A

Baş prokuror Kamran Əliyev “Avropa Qonşuluq Aləti” çərçivəsində reallaşdırılan “Azərbaycanda əmlakların bərpası və idarə edilməsi sistemində islahatlara dəstək” adlı “Tvinninq” layihəsi üzrə ölkəmizdə işgüzar səfərdə olan Litva Xüsusi İstintaq Xidmətinin rəisinin birinci müavini Yovitas Razkeviçiusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Bu barədə “Report”a Baş Prokurorluqdan məlumat verilib.

Qonaqları salamlayan Baş prokuror dövlət başçısı İlham Əliyevin diqqət və qayğısı ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurda sürətlə aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri, məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı və reinteqrasiyası, həmin rayonlarda prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat verib. Həmçinin litvalı qonaqlara prokurorluq orqanlarında aparılan genişmiqyaslı islahatlar çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2022-ci ilin 3 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Elektron prokurorluq informasiya sistemi”nin fəaliyyəti barədə məlumat verilib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Yovitas Razkeviçius Litva tərəfindən Azərbaycanla ənənəvi dostluq əlaqələrinə böyük önəm verildiyini və hüquqi sahədə əməkdaşlığın müvəffəqiyyətlə inkişaf etdiyini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Əvvəlki Yazı

Dubay aviaşousunun ilk günündə İsrail stendləri açılmayıb

Növbəti Yazı

Musk Avropada vətəndaş müharibəsi ehtimalını açıqlayıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.