İyun 8, 2025-21:33
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

Baş Prokurorluq qanunsuz silahlar, döyüş sursatlarının könüllü təhvil verilməsi ilə bağlı müraciət edib

2023:11:07 - 16:50
in SOSİAL
A A

Baş Prokurorluq vətəndaşlara qanunsuz silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğuların könüllü təhvil verilməsinin hüquqi nəticələri ilə bağlı müraciət edib.

APA xəbər verir ki, müraciətdə deyilir:

Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə cinayət məsuliyyətinə səbəb olur.

Qeyd olunan əməllər iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Cinayət qanunvericiliyinə əsasən qanunsuz odlu silah və digər qeyd edilən əşyaları könüllü surətdə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azad edilir.

Odur ki, vətəndaşları onlarda olan qanunsuz odlu silah və onun komplekt hissələrini, partlayıcı maddə və qurğuları təhvil verməyə çağırırıq.

Vətəndaşlar nəzərə almalıdırlar ki, hətta hadisələrin təsadüfi axını zəminində böyük ictimai təhlükə törətməyən cinayətin belə odlu silahla törədilməsi şəxsin məsuliyyətini ağırlaşdıran haldır. Həmçinin, odlu silah və digər döyüş sursatlarını saxlama potensial cinayət təhlükəsi yaradır və ağır nəticələrə səbəb ola bilər.

Əvvəlki Yazı

QHT-lər Zəfər Günü münasibəti ilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Növbəti Yazı

AMB ilə RİNN arasında anlaşma memorandumu imzalanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.