İyun 21, 2025-19:45
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Baş Prokurorluq: Son iki ildə hərbi xidmətə çağırışla bağlı 157 həkim və tibb işçisi ilə bağlı təqdimatlar verilib

2025:04:09 - 11:18
in SİYASƏT
A A

Son iki ildə hərbi xidmətə çağırış zamanı yol verilən qanun pozuntuları ilə bağlı 157 həkim və tibb işçisi ilə bağlı təqdimatlar verilib.

“Report” xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Qeyd olunub ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən 2023-cü ilin may ayından etibarən korrupsiya hüquqpozmaları və digər neqativ hallarla bağlı araşdırma aparılması üçün Baş Prokurorluğa təqdim olunmuş məlumatlar açıqlanıb.

Bu ilin birinci rübündə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən qeyd olunan sahədə aparılmış araşdırmalar zamanı ümumilikdə 36 nəfərin hərbi xidmətə yararsız olduğu halda çağırıldığı, 26 nəfərin isə sağlam olmasına baxmayaraq, tibbi müayinədən sonra xidmətə yararsız kimi qeyd olunduğu müəyyən edilib. Həmçinin, 12 şəxsin müxtəlif saxta sənədlər vasitəsilə hərbi xidmətdən yayınması faktları aşkarlanıb.

Təkrar tibbi müayinədən keçirilmiş 26 nəfərin hərbi xidmətə yararlı olduqları məhkəmə-tibbi ekspertizasının rəyi ilə təsdiqləndiyindən, onlar üzrə toplanmış materiallar hərbi xidmətə çağırılmaları məsələsinə baxılması üçün aidiyyəti üzrə SHXÇDX-ə təqdim olunub.

Sözügedən dövr ərzində qeyd olunan sahədə qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 1 əməliyyat-axtarış tədbiri keçirilib və bunun nəticəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı Baş İdarədə 2 cinayət işi üzrə istintaq davam etdirilir, 3 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunub.

Araşdırmalar nəticəsində aşkar edilən pozuntularla əlaqədar ümumilikdə 157 həkim və tibb işçisi barəsində aidiyyəti üzrə Səhiyyə Nazirliyinə və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təqdimatlar göndərilib.

Həkim-Məsləhət Komissiyalarının tərkibinə yenidən baxılması üçün də SHXÇDX-ə müraciət edilib.

Qeyd edək ki, bu sahədə daha kəsərli tədbirlərin görülməsi nəticəsində Baş İdarədə 2023-cü ildə 23, 2024-cü ildə isə 49 material üzrə araşdırma aparılıb, ümumilikdə 6 əməliyyat-axtarış tədbiri həyata keçirilərək nəticədə 6 cinayət işi başlanaraq məhkəmələrə göndərilib.

Həmçinin, 2023–2024-cü illər ərzində qanun pozuntularından çəkindirmək məqsədi ilə SHXÇDX-nin vəzifəli şəxsləri barəsində 5 halda prokuror təsir tədbirləri tətbiq olunub.

Ümumilikdə isə, 2023–2024-cü illər ərzində Baş İdarədə SHXÇDX-nin vəzifəli şəxsləri və hərbi xidmət keçməkdən boyun qaçırma ilə bağlı 13 cinayət işi istintaq olunaraq baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Əvvəlki Yazı

“Azərsun Holdinq” Türkiyədə təhsil alan 20 tələbəyə dəstək oldu

Növbəti Yazı

FHN: Saray qəsəbəsində silah-sursat aşkarlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.