ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək. Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə Rusiyanın dondurulmuş aktivlərinin Amerika hakimiyyəti tərəfindən müsadirə edilməsi imkanını, habelə Vaşinqtonun Ukrayna, İsrail və Tayvana əlavə hərbi yardım göstərməsini nəzərdə tutan qanun layihələri paketini imzaladıqdan sonra deyib.
Baydenin sözlərinə görə, “çatdırılmalar dərhal başlayacaq”. “Yaxın bir neçə saatda, sözün əsl mənasında, bir neçə saat ərzində biz Ukraynaya silah tədarük etməyə başlayacağıq”, – deyən Amerika administrasiyasının rəhbəri Vaşinqtonun yeni hərbi yardım paketinə hava hücumundan müdafiə sistemləri, artilleriya mərmiləri, raket sistemləri və silah-sursatın daxil olacağını bildirib. (Tass)