ABŞ Konqresi müvafiq qanun layihəsini təsdiqləmədən Amerika administrasiyası Ukraynaya silah tədarükünü davam etdirə bilməyəcək. Bunu ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə açıqlamasında deyib.
Amerika liderindən soruşublar ki, Konqres tədbir görmədən Vaşinqton Kiyevi silahla təmin edə biləcəkmi? “Xeyr, amma onların hərəkətə keçmə vaxtıdır, sizcə, elə deyilmi?” – Bayden cavab verib? (Tass)