ABŞ administrasiyası tank güllələri də daxil olmaqla təxminən 106,5 milyon dollarlıq hərbi texnikanın İsrailə satışını təsdiqləyib.
ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) bağlı Müdafiə Təhlükəsizlik və Əməkdaşlıq Agentliyindən (DSCA) edilən yazılı açıqlamada, İsrailə planlaşdırılan silah satışı ilə bağlı məlumat paylaşılıb.
Açıqlamada, İsrailin 13 min 981 tank mərmisi almaq üçün müraciət etdiyi, ABŞ Konqresi tərəfindən təsdiq edilmədən “fövqəladə” müddəanın aktivləşdirilməsi ilə təxminən 106,5 milyon dollarlıq satışın edilməsinin planlaşdırıldığı qeyd edilib.
Açıqlamada ABŞ-ın “İsrailin təhlükəsizliyinə sadiq qalmağa davam etdiyi” və sözügedən satışın bu hədəflərə uyğun olduğu bildirilib. (TRT Haber)