Beynəlxalq ictimaiyyət Yaxın Şərqdə iki dövlətli həll yoluna sövq etmək üçün “öz qərarını təzələməlidir”. Bu barədə ABŞ prezidenti Co Bayden bildirib.
“Biz israillilərə və fələstinlilərə hər iki xalq üçün bərabər azadlıq və ləyaqətlə yan-yana yaşamağa imkan verən iki dövlətli həll yoluna davam etmək əzmimizi təzələməliyik və bu, indi həmişəkindən daha vacibdir”, – deyə o, Yaxın Şərqdə radikal Fələstin hərəkatı HƏMAS tərəfindən daha əvvəl İsraildə əsir götürdüyü girovların azad edilməsinə başlaması fonunda jurnalistlərin suallarına qısa açıqlama verib. Bayden, Massaçusets ştatının Atlantik sahillərində yerləşən Nantucket kurort adasında mətbuata danışıb. O, bu günlərdə ailəsi ilə orada dincəlir. (Tass)