ABŞ prezidenti Co Bayden Ağ Evdə Çinin xarici işlər naziri Vanq Yi ilə görüşü zamanı Çin tərəfini qlobal çağırışlara birgə mübarizə aparmağa dəvət edib. Bu barədə Sinxua agentliyi məlumat yayıb.
Onun sözlərinə görə, Bayden Çin Prezidenti Si Cinpinə salamlarını çatdırmağı xahiş edib. Agentliyin qeyd edib ki, Amerika lideri Çinlə dialoqu davam etdirməyə hazır olduğunu bildirib. (Tass)