ABŞ prezidenti Co Bayden BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP28) Dubayda keçiriləcək Konfransından kənarda qalacaq. Bu barədə “The New York Times” Ağ Evdəki mənbələrə istinadən məlumat yayıb.
Bayden administrasiyasındakı mənbə ABŞ prezidentinin iki həftəlik forumda görünməməsinin səbəbini açıqlamayıb.
Noyabrın 30-dan dekabrın 12-dək Dubayda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflərinin 28-ci Konfransı keçiriləcək. (Tass)