ABŞ prezidenti Co Bayden HƏMAS-ın siyasi bürosunun rəhbəri Yəhya Sinvarın ölümünü “ədalət anı” adlandırıb.
O, Almaniya kansleri Olaf Şolzla birgə mətbuat konfransında deyib: “HƏMAS liderinin ölümü ədalət anıdır. Onun əlində amerikalıların və israillilərin, fələstinlilərin və almanların və bir çox başqalarının qanı var idi”.
“Mən dünən İsrailin baş nazirinə (Binyamin Netanyahuya) dedim: Gəlin bu anı sülhə, Həmassız Qəzzaya daha yaxşı gələcəyə aparan yol tapmaq üçün istifadə edək”, – Bayden əlavə edib. (Tass)