ABŞ prezidenti Co Bayden bölgədəki ABŞ qüvvələrinə qarşı hücumlara cavab olaraq İranla əlaqəsi olduğu iddia edilən Yaxın Şərq qruplarına zərbələr endirməyi düşünür. Bu barədə “The Washington Post” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Amerika lideri Yaxın Şərqdə ABŞ qüvvələrinə qarşı hücumlara verdiyi cavaba görə artan təzyiqlərlə üzləşir. Qəzetin mənbələri qeyd edir ki, prezident münaqişənin gərginləşməsindən ehtiyat edərək cavab addımının lehinə və əleyhinə olan arqumentləri qiymətləndirir. Prezident administrasiyasından olan həmsöhbətin nəşrə verdiyi məlumata görə, hərbi qulluqçuların müdafiəsi ilə bağlı “preroqativlərdə heç nə dəyişməsə də, ABŞ hakimiyyəti Fələstin-İsrail münaqişəsi fonunda digər amillərin də qüvvəyə mindiyini nəzərə alır.
Qəzet ABŞ Mərkəzi Komandanlığının keçmiş rəhbəri Cozef Voteldən sitat gətirib: “Düşünürəm ki, biz yəqin ki, Yaxın Şərqdəki ABŞ qoşunlarına qarşı hücumlara cavab verə biləcəyimiz bir nöqtədəyik”. Onun fikrincə, ABŞ regiona əlavə qüvvə və texnika göndərdikdən sonra “öz qoşunlarına yönələn təhdidlərə birbaşa cavab verməlidir”. (Tas)