İsrail hakimiyyəti Qəzza zolağında quru əməliyyatına başlamaq barədə müstəqil qərar verə bilər. ABŞ prezidenti Co Bayden Ağ Evdə jurnalistlərə bildirib.
Vaşinqton administrasiyasının İsraili quru hərbi əməliyyatını təxirə salmağa çağırıb-çağdırmadığı sualını cavablandıran dövlət başçısı qeyd edib: “İsrail müstəqil qərarlar qəbul edir”.
Bayden bundan əvvəl Qəzza zolağında quru əməliyyatının başlama vaxtı ilə bağlı İsrail hakimiyyəti ilə əlaqə saxladığını vurğulamışdı.
Çərşənbə axşamı İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi Herzi Halevi bildirib ki, İsrail qoşunları Qəzza zolağında quru əməliyyatı keçirməyə hazırdır, onun başlama vaxtı ölkənin siyasi rəhbərliyinin qərarından asılıdır. (Tass)