Birləşmiş Ştatlar uzaq mənzilli zərbələr üçün JSOW idarə olunan bombalarını Ukraynaya ötürmək qərarına gəlib. Bu barədə Ağ Evin prezidenti məlumat verib.
“Ukraynanın uzaqmənzilli zərbə imkanlarını artırmaq üçün mən Ukraynanı Birgə Dayanışma Silahı (JSOW) uzunmənzilli sursatları ilə təmin etmək qərarına gəldim” deyə prezident Co Bayden Ağ Evin mətbuat ofisinin yaydığı bəyanatda bildirib.
Daha əvvəl “Politico” qəzeti yazmışdı ki, Bayden administrasiyası F-16 qırıcılarında istifadə üçün JSOW sursatını Ukraynaya ötürmək imkanını nəzərdən keçirir.(Tass)