ABŞ prezidenti Co Baydenin seçki qərargahı onun komandasına qoşulmaq üçün mem mütəxəssisi axtarmağa başlayıb. Vakansiya Lever iş axtarışı portalında yerləşdirilib.
“Tərəfdaşlar, Məzmun və Memlər Meneceri”nin öhdəliklərinə media ilə ünsiyyət və sosial şəbəkələrdəki “mem səhifələri” daxildir. Namizəd internet meyllərini anlamalı, tərəfdaşlar tapmalı və məzmun yaratmaq üçün “innovativ” ideyalar irəli sürməlidir.
Amerika prezidentinin qərargahı vurğulayır ki , müraciət etmək üçün mediada iki-dörd il təcrübəniz olmalı, koronavirus peyvəndi ilə bağlı məlumatlı olmalısınız və həmçinin Delaverə köçməyə hazır olmalısınız .
Fevralın 11-də Bayden kampaniyası TikTok hesabı yaradıb. “Politico”nun məlumatına görə, bu addım potensial seçicilərdən ibarət gənc auditoriyanı cəlb etmək üçün atılıb. (Tass)