ABŞ Müdafiə Nazirliyi Ukraynaya yüz minlərlə artilleriya sursatının və minlərlə raketin ötürülməsi prosesindədir. Bu barədə ABŞ prezidenti Co Bayden məlumat verib.
“Müdafiə Nazirliyi yüz minlərlə artilleriya patronu, minlərlə raket və yüzlərlə zirehli texnikanın çatdırılması prosesindədir ki, bu da qışın gəlişində Ukraynanın mövqeyini gücləndirəcək”, – prezident Ağ Evin mətbuatı tərəfindən yayılan bəyanatda bildirib.
Təxminən 2,5 milyard dollarlıq yeni yardım paketini elan edən Bayden, ABŞ-ın “2025-ci ilin yanvarında prezidentlik müddətinin sonuna qədər Ukraynanın münaqişədəki mövqeyini gücləndirmək üçün yorulmadan çalışmağa” davam edəcəyini vəd edib. (Tass)