ABŞ administrasiyası Cənubi Koreyanın Muan hava limanında Jeju Air aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması ilə əlaqədar Koreya Respublikasına lazım olan bütün yardımı göstərəcək. Bu barədə Amerika prezidenti Co Baydenin yazılı bəyanatında deyilir.
“Yaxın müttəfiqlər kimi Amerika xalqı Cənubi Koreya xalqı ilə dərin dostluq bağlarını bölüşür və bizim düşüncələrimiz və dualarımız bu faciədən zərər çəkənlərlədir. Birləşmiş Ştatlar lazım olan hər cür yardımı göstərməyə hazırdır”, – dövlət başçısı bildirib.
Bir müddət əvvəl Amerika səlahiyyətliləri Federal Aviasiya Administrasiyası, ABŞ Milli Nəqliyyat Təhlükəsizliyi Şurasının və Amerikanın Boeing şirkətinin nümayəndələrinin təyyarə qəzasının araşdırılmasında Seula köməklik göstərəcəyini bildirmişdilər. (Tass)