ABŞ prezidenti Co Bayden ukraynalı F-16 qırıcı pilotları üçün təlimlərin genişləndirilməsi barədə göstəriş verib. Bu barədə Ağ Evin bəyanatında deyilir.
“Ukrayna Hərbi Hava Qüvvələrinin imkanlarını təkmilləşdirmək üçün mən Pentaqona Ukrayna F-16 pilotları üçün təlimləri genişləndirməyi, o cümlədən gələn il daha 18 pilota təlim keçməyi tapşırmışam” deyib Bayden. (Tass)